...

İran yaxın gələcəkdə yeni döyüş təyyarələri istehsal etmək niyyətindədir

Siyasət Materials 17 Fevral 2009 16:25 (UTC +04:00)

Trend-i buradan izləyin

İranın müdafiə nazirinin müavini Əhməd Vəhidi yeni 1000 kilometrə qədər uça bilən pilotsuz təyyarələrin istehsalına başlanmasını xəbər verib. O əlavə edib ki, İran "Azərəxş" və "Saiqə" tipli döyüş təyyarələrini istehsal edir və yaxın gələcəkdə yeni növ döyüş təyyarələri də istehsal edəcək. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

"Ötən illər İranda "Azərəxş" və "Saiqə" tipli döyüş təyyarələri istehsal olunub. Biz uğurlarımızı davam etdiririk və inkişaf üçün bütün vasitələrdən istifadə edirik, hazırda yeni növ döyüş təyyarələri istehsal etməyə hazırlaşırıq", - İranın müdafiə nazirinin müavini Vəhidi çərşənbə axşamı İsfahanda keçirilən beynəlxalq kosmik-fəza konfransında bildirib.

O 1000 kilometrə qədər uça bilən pilotsuz təyyarə haqda ətraflı məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti