...

Gürcüstan parlamenti səkkiz yeni səfirin namizədliyini təsdiqləyib

Siyasət Materials 13 Mart 2009 15:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 mart / Trend , müxbir N. Kirtsxaliya /

Gürcüstan parlamenti plenar iclasda yeni səfirlərin namizədliyini təsdiqləyib.

İran İslam Respublikasına səfir vəzifəsinə Georgi Cancqava, Misir və Suriyaya Qoçi Caparidze, Avstriyaya, həmçininn Gürcüstanın ATƏT və Vyanda yerləşən beynəlxalq təşkilatlarına Paat Qapriandaşvili, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərinə Yeketerina Mayerinq-Mikadze, Trükmənistan və Əfqanıstana İosif Çaxvaşvili, Estoniyaya Ruslan Abaşidze, Özbəkistan və Tacikistana Georgi Kublaşvili, İordaniya, İraq və Livana Zurab Eristavi təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti