...

Azərbaycan Prezidenti, Milli Təhlükəsizlik Nazirliyinin "N" hərbi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimində iştirak edib

Siyasət Materials 14 Mart 2009 17:55 (UTC +04:00)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev martin 14-də Milli Təhlükəsizlik Nazirliyinin "N" hərbi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimində iştirak edib, AzerTac dövlət agentliyi məlumat yayıb.

Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov Ali baş komandana raport verib.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini açıb, önünə gül dəstəsi qoyub.

Milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edən milli təhlükəsizlik naziri bildirdi ki, son illərdə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm işlər görülüb. Ali baş komandan İlham Əliyev ölkənin milli təhlükəsizlik orqanlarının işinin təkmilləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayır. Bu məqsədlə bütün zəruri tədbirlər həyata keçirilir.

Hərbi hissə ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada hərbi xidmətin nümunəvi səviyyədə təşkili üçün hər cür şərait var. Əsgər yataqxanası yüksək standartlar səviyyəsində qurulmuş, şəxsi heyətin istirahətinin təşkili üçün də lazımi işlər görülüb.

Ali baş komandan ümummilli lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu, milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı sahəsində gördüyü işləri əks etdirən fotoguşəyə baxıb.

Hərbi hissə ilə tanışlıq zamanı Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Bildirildi ki, şəxsi heyətin yüksək standartlar tətbiq olunmaqla qidalanması diqqət mərkəzində saxlanılır.

Dövlətimizin başçısı hərbi hissənin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə də baxıb. Sonra hərbi hissənin ərazisi ilə tanış olan Ali baş komandana məlumat verilib ki, burada əsgərlərin yüksək fiziki hazırlığına nail olunması üçün zəruri avadanlıqla təchiz edilib, idman şəhərciyi yaradılıb və hərbi hissənin ərazisində geniş abadlıq işləri aparılıb.
Daha sonra hərbi hissəyə döyüş bayrağının təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin "N" hərbi hissəsinin döyüş bayrağı haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxundu.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev hərbi hissəyə döyüş bayrağını təqdim etdi, şəxsi heyəti bu münasibətlə təbrik etdi. Şəxsi heyət əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını göz bəbəyi kimi qoruyacağına, Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə, Ali baş komandanın əmrlərinin icrasına daim hazır olacağına and içdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti