...

Türkiyə və İraq prezidentləri bağlı qapılar arxasında görüşüblər

Siyasət Materials 17 Mart 2009 13:40 (UTC +04:00)

Bu gün İstanbulda Türkiyə və İraq prezidentləri Abdulla Gül və Cəlal Tələbani arasında görüş keçirilib. Bu barədə Türkiyənin Cihan agentliyi xəbər yayıb.

Prezidentlərin görüşü bağlı qapılar arxasında baş tutub. Agentliyin məlumatına görə, müzakirələrin əsasən regionda terrorçuluqla mübarizə ətrafında aparıldığı güman olunur.

Dünən İraq prezidenti Ümumdünya Su Forumunda çıxış edib. Forum İstanbulda keçirilir və martın 22-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti