...

Astanada səhər 10:00-da Azərbaycan vətəndaşlarının 12 faizi səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 08:53 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 mart / Trend , müxbir K.Kanırova/

Bu gün Astanada yerli vaxtla saat 10:00-da artıq seçicilərin 12 faizi səsvermədə iştirak edib, bu barədə Trend -un Astanadakı müxbirinə Azərbaycanın Qazaxıstandakı Səfirliyindən məlumat verilib.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.
"Qazaxıstanda iki seçki məntəqəsi açılıb. Birincisi Astanada-Azərbaycan səfirliyində, ikincisi-səfirliyin Baş Konsulluğundadır" Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov deyib.

Səfir deyib ki, referenduma hazırlıq çərçivəsində Qazaxıstanda müvəqqəti yaşayan və konsulluqda qeydiyyatda olan azərbaycanlıların siyahısı tutulub.
"Astanada cəmi 745 nəfər qeydə alınıb, onlardan 352-si Aktaudadır" Qəndilov deyib.
Onun sözlərinə görə, Astanada səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və səhər 10:00-a olan məlumata görə, seçicilərin 12 faizi-89 nəfər səsvermədə iştirak edib.

"Aktauda iki saat fərqinə görə seçki məntəqəsi yeni açılıb və Astana vaxtilə saat 10:00 (yerli vaxtla 08:00) üçün 4 nəfər səs verib" səfir qeyd edib.
Səfir deyib ki, səfirlikdə referendumu həyata keçirilməsi üzrə seçki komissiyası yaradılıb və referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər görülüb

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]











Xəbər lenti

Xəbər lenti