...

Azərbaycanın Rusiyadakı səfirliyində seçicilərin referendum üzrə fəal iştirakı müşahidə olunur

Siyasət Materials 18 Mart 2009 13:12 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyində seçicilərin referendum üzrə fəal iştirakı müşahidə olunur

Rusiya, Moskva, 18 mart / Trend , müxbir R.Ağayev /

"Moskva vaxtı ilə saat 10.30 üçün Azərbaycanın Moskvadakı səfirliyində yaradılmış seçki məntəqəsində diplomatik nümayəndəlikdə konsul qeydiyyatına alınmış 1442 vətəndaşdan 156-sı səs verib. Bu haqda Trend -a seçki komissiyasının sədri Ağalar Atamoğlanov məlumat verib.

Onun sözlərinə görə, seçicilərin iştirakı 10 faizi ötüb. Ümumi səsvermənin 25 faizlə baş tutmuş sayılmasını nəzərə alsaq, bu, yüksək göstəricidir.

Atamoğlanovun fikrincə, seçicilərin əsas hissəsinin axını günün ikinci yarısında gözlənilir. "Burada daha bir vacib məqamı qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında bu gün iş günü sayılır. Buna baxmayaraq, seçicilərin yüksək fəallıqla iştirakını qeyd etmək lazımdır", - səfirliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yaxın zamanda səfirliyə Rusiyanın digər regionlarından - Yaroslavl, Kostroma və b. seçicilərin gəlişi gözlənilir.

Səfirlikdə seçicilərin siyahısı asılıb. Həmçinin səs vermək hüququ olan vətəndaşların daha yaxşı məlumatlandırılması məqsədilə ölkənin əsas qanununa ediləcək dəyişikliklər haqda geniş məlumat verilib. Səfirlikdəki seçki məntəqəsi yerli vaxtla səhər saat 8-dən açılıb və axşam saat 19-da bağlanacaq.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti