...

Türkiyədə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda seçicilərin iştirakı yerli vaxtla saat 14:00-a 70 faizi ötüb

Siyasət Materials 18 Mart 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend müxbir Ü.Sadıxova/

"Türkiyədə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda yerli vaxtla saat 14:00-da 352 nəfər səs verib", - Trend -a Ankaradan telefonla Azərbaycanın bu ölkədəki səfiri Zakir Həşimov məlumat verib.

"Yerli vaxtla saat 16:00-dan sonra fəallığın artması gözlənilir", - səfir bildirib.

Türkiyədəki seçki məntəqəsi 19:00-da bağlanacaq.

"Referenduma hazırlıq çərçivəsində Türkiyədə yaşayan, 18 yaşa çatmış və konsul uçotuna alınan təxminən 500 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdan keçib. Səfirlikdə referendumun həyata keçirilməsi üzrə seçki komissiyası yaradılıb ki, referendumun yüksək səviyyədə baş tutmasını təmin etmək üçün tədbirlər keçirsin", - səfirlikdən deyilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsini nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişikliyin edilməsi planlaşdırılır. Bura o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi, şəxsin istəyi olmadan video və ya audio qeydlərin aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki mahiyyətli müddəalar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti