İsrailin "Haarets" qəzetinin yazdığına görə, İsraildə yeni Nazirlər Kabinetinin fomalaşdırılması tapşırılan Benyamin Netanyahu bu gün bildirib ki, İsrailin gələcək hökuməti Fələstin Muxtariyyəti ilə danışıqları davam etdirəcək.
"Sülhə nail olmaq üçün fələstinlilərlə danışıqlar aparacağam", - "Likud" lideri Yerusəlimdə (Qüds) ərəb və xarici sahibkarlar qarşısında çıxış edərkən deyib.
Netanyahunun sözlərinə görə, atəşkəs yeni hökumətin əsas məqsədi olacaq və fələstinlilər bunu anlayaraq İsraillə əməkdaşlıq etməlidirlər.
Netanyahunun bəyanatları "Likud"un da aid olduğu sağ partiyaların sülh prosesinin dondurulması istiqamətində apardıqları siyasətin fonunda meydana gəlib.
Əvvəllər Netanyahu Yerusəlimin statusu ilə bağlı danışıqların və uzunmüddətli sülhün imzalanmasından daha çox Qərb Sahilin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını önə çəkirdi.
Yerusəlimdə keçirilən konfransda Netanyahu Fələstin Muxtariyyəti iqtisadiyyatının yaxşılaşdırılmasının vacibliyini qeyd edərək "Fələstində təhlükəsizlik, inkişaf və sülh bölgədəki iqtisadi vəziyyətlə sıx əlaqəlidir" deyib.
"Likud" lideri sahibkarları muxtariyyətın iqtisadiyyatına yatırımlar etməyə çağırıb və söz verib ki, onlar məyus olmayacaqlar.
Elə bu gün İsrail ordusu radiosunun yaydığı məlumata əsasən, Netanyahu "İsrail Bizim Evimizdir" partiyasının lideri Aviqdor Libermanla Qərb Sahildə tikililərin inşa olunması ilə bağlı razılaşmasını ləğv edib.
Sözügedən tikili gələcəkdə Fələstin sərhədləri ilə bağlı məsələdə israillilərlə fələstinlilər arasındakı sülhü çətinləşdirir.