Gürcüstanın regionlarında polis idarələrinə hücum etmiş şəxslər həbs olunub
Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtsxaliya/
Cümə günü Gürcüstan hüquq-mühafizə orqanları, martın 22-də Gürcüstanın Mtsxeti və Tsaqeri regionlarında polis idarəsinə hücum etmiş şəxsləri həbs edib.
"Mtsxeti polis idarəsinin avtomat silahlardan atəşə tutulmasında Serqo Tsixelaşvili və İvane Zamradaşvili günahlandırılır", - Gürcüstan DİN-dən deyilib. Onlara terrorizm maddəsi ilə ittiham irəli sürüləcək.
Tsaqeridəki polis binasına hücuma görə, binaya qumbara atmış Levan Xetsuriani saxlanılıb. Xetsurianiyə qanunsuz silah daşıma üzrə ittiham irəli sürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq