...

Qırğızıstanda prezidentliyə ikinci namizəd müəyyən olunub

Siyasət Materials 1 Aprel 2009 12:05 (UTC +04:00)
Qırğızıstanda prezidentliyə ikinci namizəd müəyyən olunub

Qırğızıstan, Bişkek, 01 aprel / Trend , müxbir A.Tanayev /

Qırğızıstanın keçmiş ombudsmanı Tursunbay Bəkir uulu ölkə prezidenti postuna namizədliyini irəli sürəcək. Bu barədə Trend -un müxbirinə Bakir uulu məlumat verib.

"Mən artıq dördüncü dəfədir ki, prezident seçkilərində iştirak edirəm. Bu halda, mən müstəqil Qırğızıstan tarixində ölkədə keçirilən bütün prezident seçkilərində öz namizədliyini irəli sürən yeganə siyasətçiyəm", - deyə Bakir uulu bildirib.

Keçmiş ombudsman 2005-ci ildə keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə görə, ikinci yeri tutub. O, yalnız hazırkı prezident Kurmanbek Bakıyevdən geri qalıb.

Tursunbay Bakir uulunun seçki yarışında iştirakına dair qərar onun rəhbərlik etdiyi "ErK" partiyasının Siyasi Şurasının dünən keçirilən iclasında qəbul olunub. Namizədlik rəsmi olaraq mayın 3-də, partiyanın qurultayında qeydiyyata alınacaq.

İndiyədək prezident seçkilərində öz iştirakını açıq şəkildə iki nəfər elan edib. Bir müddət əvvəl ikinci müddətə prezident seçilmək niyyəti barədə ölkə lideri Kurmanbek Bakıyev elan edib. Seçkilər iyulun 23-də keçirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti