...

Yalnız pisləmək yox, Moldovadakı demokratiya və dövlətçiliyin dağıdılmasının qarşısını almaq lazımdır - Rusiya XİN

Siyasət Materials 8 Aprel 2009 14:37 (UTC +04:00)
Yalnız pisləmək yox, Moldovadakı demokratiya və dövlətçiliyin dağıdılmasının qarşısını almaq lazımdır - Rusiya XİN

"Rusiya tərəfi Moldovada baş verən hadisələrdən xeyli narahatdır və durumun sülh yolu ilə həllinə ümid edir", - çərşənbə günü Rusiya XİN-in başçısı Sergey Lavrov Moskvadakı mətbuat konfransında deyib, "Vesti" telekanalı xəbər verib.

"Durumun nəzarət altına alınacağına ümid edirəm", - Lavrov deyib. Onun sözlərinə görə, vaxtından əvvəl seçkilər haqda bütün tələblər əsassızdır.

Kommunist partiyasının qələbəsi ilə başa çatmış seçkilərlə bağlı etiraz aksiyası bir müddət əvvəl Kişinyovda küçə ixtişaşlarına gətirib çıxarıb. İxtişaş iştirakçıları parlament binası və prezident iqamətgahını dağıdıblar. Hüquq-mühafizə orqanları bəyan edir ki, paytaxtdakı durumu nəzarət altında saxlayırlar.

"Bütün müşahidəçilər ümumi bir fikrə gəliblər ki, seçkilər yaxşı keçib", - o deyib.

"İxtişaşın təşkilatçıları və baiskarları Rusiya və Avropa tərəfindən paylarını alıblar", - Lavrov hesab edir. "Yalnız pisləmək yox, ölkədəki demokratiya və dövlətçiliyin dağıdılmasının qarşısını almaq lazımdır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti