...

Gürcüstan tərəfi sərnişin təyyarəsinin səhv endirilməsi faktının araşdırılması prosesinə onu da qoşmağı Türkiyə tərəfindən xahiş edir

Siyasət Materials 9 Aprel 2009 14:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan tərəfi onu türk təyyarəsinin Tbilisi beynəlxalq hava limanı əvəzinə hərbi hava limanına endirilməsi faktının araşdırılması prosesinə onu da qoşmağı Türkiyə tərəfindən xahiş edir.

Nəqliyyat Administrasiyasının rəisi Qiorqi Bokuçavanın jurnalistlərə bildirdiyinə görə, Tbilisi Türkiyə tərəfindən "Türkiyə Hava Yolları"na məxsus təyyarənin endirilməsi məsələsi ilə bağlı tədqiqatın kimin tərəfindən aparılacağı barədə məlumat gözləyir.

Dünən İstanbul-Tbilisi aviareysini yerinə yetirən təyyarə beynəlxalq hava limanı əvəzinə Vaziani hərbi hava limanına enib. Enmə haqda informasiya dərhal Türkiyə tərəfinə ötürülüb. Enmənin səbəbi kimi isə türk pilotun səhv düşdüyü göstərilmişdi. Enmədən sonra evakuasiya edilmiş sərnişinlər özləri bu durumla maraqlanıblar və onlara dəyən mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək fikrindədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti