...

DİN Tbilisidə yolları bağlayacaq və aksiya iştirakçılarına mane olmayacaq

Siyasət Materials 10 Aprel 2009 18:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Vətəndaşların Konstitusiya çərçivəsində öz etirazlarını bildirmək hüququ var", - Gürcüstan DİN administrasiyasının başçısı Şota Xizanişvili deyib.

O, müxalifətin hər gün Tbilisinin üç mərkəzi - Rustaveli, Kostava və Ketevan Tsamebuli prospektlərini bağlamaq niyyətində olmasını belə şərh edib. Müxalifət hərəkəti 15.00-dan 21.00-a qədər bağlamaq fikrindədir.

"Əksinə, polis qanuniliyin qorunmasını təmin edəcək, ictimai və avtomobil nəqliyyatının alternativ yollarını tapacaq. Bu məsələni patrul polisi tənzimləyəcək", - Xizanişvili bildirib.   

Müxalifətin Tbilisidə cümə axşamı başlamış etiraz aksiyası bu gün də davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti