Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.