...

Azərbaycanın şimalında ötən il törədilən qətlin üstü açılıb

Siyasət Materials 16 Aprel 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın şimalında ötən il törədilən qətlin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, ötən il iyulun 9-da Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində insan meyitinin çənə sümüklərinin aşkar edilməsi ilə əlaqədar aparılan araşdırmalar zamanı sümüklərin həmin il iyunun 24-də itkin düşmüş Səbinə Şıxzadayevaya məxsus olması müəyyən edilib.
Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun ötən il iyunun 22-də öz həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rail Şıxzadayev tərəfindən boğulma yolu ilə qətlə yetirilməsi müəyyən olunub.
Şıxzadayev saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti