...

Latviya istənilən münaqişədə ölkələrin ərazi bütövlüyünün saxlanılması mövqeyindən çıxış edir – XİN rəhbəri

Siyasət Materials 17 Aprel 2009 12:10 (UTC +04:00)
Latviya istənilən münaqişədə ölkələrin ərazi bütövlüyünün saxlanılması mövqeyindən çıxış edir – XİN rəhbəri

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Y.Ostapenko /

Latviya istənilən münaqişədə dövlətlərin ərazi bütövlüyünün saxlanılması mövqeyindən çıxış edir. Ölkənin rəsmi mövqeyini cümə günü Bakıda Latviyanın xarici işlər naziri Maris Riekstinş (Maris Riekstins) ifadə edib.

"Biz dünən regionda stabillik məsələlərini müzakirə etdik. Latviyanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi olduqca aydındır. Bu tip istənilən münaqişələrdə biz ölkələrin ərazi bütövlüyünün saxlanılması mövqeyindən çıxış edirik", - deyə Riekstinş bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Nazir bildirib ki, bu uzadılmış münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində həllində müəyyən beynəlxalq təşəbbüslər var.
Onun fikrincə, o qədər də sadə olmayan ən yaxşı variant danışıqlardır. Latviyanın xarici işlər naziri "istənilən dövlətin ərazi bütövlüyünə Riqanın ciddi dəstəyini" təsdiq edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti