...

Azərbaycanın siyasi partiyasının sədri istefa verib

Siyasət Materials 17 Aprel 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın millətçi Milli Qurtuluş Partiyasının (MQP) sədri Vüqar Bəyturan ölkədə normal siyasi fəaliyyətlə məşğul olmaq üçün şəraitin olmamasını əsas gətirərək istefa verib.

Bəyturan istefası barədə MQP-nin Siyasi Şurasına təqdim etdiyi bəyanat yaxın günlərdə müzakirə ediləcək, MQP-nin cümə günü Trend -a daxil olan məlumatında bildirilib.

Bəyturan 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatını, 1998-ci ildə isə Türk Millətçi Partiyasını yaradıb, 2006-2008-ci illərdə müxalifətyönlü "Bizim Azərbaycan" blokuna rəhbərlik edib, 2008-ci ildə dövlət qeydiyyatı olan Milli Qurtuluş Partiyasına keçib və partiyanın qurultayında sədr seçilib. Milli Qurtuluş Partiyasının dövlət qeydiyyatı olsa da, təşkilata qərargah üçün bina ayrılmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti