...

İran İKT-dən Misirlə danışıqlarda vasitəçilik etməsini xahiş edib

Siyasət Materials 20 Aprel 2009 14:42 (UTC +04:00)
İran İKT-dən Misirlə danışıqlarda vasitəçilik etməsini xahiş edib

İran XİN-in nümayəndəsi Həsən Qaşqavi İslam Konfransı Təşkilatından (İKT) İran və Misir arsında danışıqlarda vasitəçilik etməsini xahiş edib.

Qaşqavinin sözlərinə əsasən, İKT sədri Kəmaləddin Ehsanoğlu təşkilatın Tehranla Qahirə arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

"Biz Ehsanoğlunun təklifini müsbət dəyərləndiririk və İKT-nin İran-Misir münasibətlərində vasitəçilik etməsini istəyirik. Müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafında maraqlı olduğumuzdan İKT-nin vasitəçilik etməsinin tərəfdarıyıq", - Qaşqavi mətbuat konfransında deyib. Bu barədə Mehr agentliyi xəbər verir.

Onun sözlərinə görə, İran hər zaman Misir hökumətini müsəlman dünyasının problemlərinin həllinə, xüsusilə "sionist rejim"ə qarşı daha sərt tədbirlərin görülməsinə səsləyib.

Artıq 30 ildir ki, İran və Misir arasında münasibətlər gərgindir. 1980-ci ildə İranda dövlət çevrilişindən sonra Misir İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verib.

Misir Prezidenti Ənvər Sadat Xalid İstanbuli tərəfindən qətlə yetirildikdən sonra İranda prospektlərdən biri qatilin şərəfinə adlandırılmışdı ki, bu da iki ölkə arasındakı gərgin münasibətləri daha da mürəkkəbləşdirmişdi.

Xəbər lenti

Xəbər lenti