...

Azərbaycan paytaxtında ölkənin adı olmayan qlobusların satışının qarşısı alınıb

Siyasət Materials 21 Aprel 2009 14:13 (UTC +04:00)

Azərbaycan, Bакı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva /  

Bakı polisi üzərində Azərbaycanın adı və ərazi hüdudları göstərilməyən qlobuslar aşkar edib.

"Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağa Nemətulla küçəsindəki dəftərxana ləvazimatları mağazasında Azərbaycan Respublikasının adı və ərazi hüdudları olmayan qlobusların satışının qarşısını alıb", - çərşənbə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilir ki, araşdırmalar zamanı "İnci" kiçik müəssisəsinin təsisçisi, Bakı şəhər sakini Mikayıl Yusifov tərəfindən 10-cu Köndələn küçəsindəki icarəyə götürülən anbarda Çin Xalq Respublikasında istehsal olunan bu cür 201 ədəd qlobus aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti