...

Azərbaycanın hakim partiyasının Qadınlar Şurasının respublika konfransı keçiriləcək

Siyasət Materials 21 Aprel 2009 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir C.Babayeva /  

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının yaxın vaxtlarda respublika konfransı keçiriləcək.

YAP-ın bütün rayon və şəhər təşkilatlarında qadın şuralarının hesabat-seçki konfransları başa çatıb.

Konfranslarda YAP Qadınlar Şurasının respublika konfransına nümayəndələr seçilib. Konfransa hazırlıq işləri tam yekunlaşıb. Konfransda 225 nümayəndə iştirak edəcək. Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı YAP-ın rəsmi internet saytında bildirilib.

Trend -un arayışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti