...

Iranın xarici işlər naziri Belçikaya səfər edib

Siyasət Materials 23 Aprel 2009 15:18 (UTC +04:00)

İranın xarici işlər nazir Mənuçöhr Müttəki cümə axşamı Brüsselə səfər edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Müttəki BMT Baş katibinin dəvəti ilə Belçikanın paytaxtı Brüsseldə Somali iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Brüsseldə BMT-nin dəvəti ilə Avropa Birliyi, İKT və digər təşkilatların iştirakı ilə Somalidə təhlükəsizlik və sabitliyin yaranması mövzusu üzrə iclas keçiriləcək.

İclasda dünyanın aparıcı dövlətlərinin XİN başçıları Somalidə təhlükəsizlik və sabitliyin yaradılması yolları və dəniz quldurları ilə mübarizə məsələləri ilə bağlı çıxışlar edəcəklər.

Xəbər lenti

Xəbər lenti