...

AŞ PA ilə Nazirlər Komitəsi arasında Baş katib postuna dair münaqişə yoxdur - sədr

Siyasət Materials 27 Aprel 2009 15:32 (UTC +04:00)

Fransa, Strasburq, 27 aprel / Trend , müxbir A.Məhərrəmli /

AŞ PA ilə Nazirlər Komitəsi arasında Baş katib postuna dair heç bir münaqişə yoxdur. Bu sözləri AŞ PA sədri Luis Maria de Puç bazar ertəsi qurumun yaz sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O, bu məsələdə AŞ Nazirlər Komitəsi ilə münaqişənin olmamasına ümid etdiyini bildirib.

"Nazirlər Komitəsi AŞ tarixində görünməmiş qərar verib. O, bu qərarı verməklə, AŞ PA-ya münasibətdə məsafəli və fərqli mövqe sərgiləyib", - deyə AŞ PA sədri əlavə edib.

O qeyd edib ki, Təşkilatın Nizamnaməsinə görə, NK AŞ Baş katibi postuna namizədlərə dair mövqeyini bildirməzdən əvvəl, AŞPA ilə məsləhətləşmələr aparmalıdır. Qurumun tarixində heç vaxt təcrid olunan namizədlər olmayıb.

"Mən NK-nın bu tələskənliyini başa düşə bilmirəm. Bu, AŞ PA tərəfindən yaxşı qarşılanmır. Bu məsələdə qərar verməzdən əvvəl, NK bu çərşənbə günü AŞPA və NK nümayəndələrindən ibarət olan Birgə Komissiyanın iclasının gözləməliydi", - deyə Puç əlavə edib.

Bununla belə, bu məsələdə müxtəlif siyasi faktorları analiz etmək lazım gələcək.

Onun sözlərinə görə, AŞ PA Bürosunun bu gün səhər keçirilən iclasında Baş katib postuna dair sessiya çərçivəsində fövqəladə müzakirələrin aparılması gündəliyə salınıb və çərşənbə günü bununla bağlı müzakirələr olacaq. Bu, yekdilliklə qəbul olunub.

"Biz çox xüsusi bir vəziyyətlə üzləşmişik. Baş katib postuna namizədə dair Nazirlər Komitəsinin yekun qərarı Xarici İşlər Nazirləri Şurasının 12 mayda Madriddə keçiriləcək iclasında qəbul ediləcək. Hazırda AŞ PA mövcud olmayan sənədə dair mövqe tuta və hərəkət edə bilməz. Buna görə AŞ PA-nın müzakirələrini gözləmək lazım gələcək", - o deyib.

"AŞ PA təcrid olunan namizədlərin yenidən siyahıya salınmasını tələb edəcək. İndidən AŞ PA-nın hansı mövqedən çıxış etməsini deyə bilmərəm. İstəyirik ki, kriteriyalara cavab verən bütün namizədlər dinlənilsin", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti