...

Dmitri Medvedyev təhsil ocağında baş vermiş faciə ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı ünvanlayıb

Siyasət Materials 30 Aprel 2009 20:43 (UTC +04:00)

Rusiya Prezidenti Dmitri Medvedyev Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar başsağlığı teleqramı ünvanlayıb. Bu barədə AzTV telekanalı məlumat verib.

"Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən faciə ilə bağlı dərin sarsıntı keçirdim. Bizim ümumi kədərimizi artıran dəhşətli hadisə zamanı həyat enerjisi ilə coşan tələbə və gənclərin həlak olmasıdır. Sizdən xahiş edirəm ki, mənim dərin başsağlığımı həlak olanların yaxınları və ailələrinə çatdırasınız və yaralananların tezliklə sağalmalarını diləyirəm", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti