...

Türkiyə-Azərbaycan dostluğunun möhkəmliyi tarixən sübut olunub – federasiya prezidenti

Siyasət Materials 1 May 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir Ü.Sadıxova /  

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) prezidenti Bilal Dundar iki dövlət arasında olan qardaşlıq əlaqələrinin tarixən sübut olunduğunu bildirib.

"Türkiyə-Azərbaycan dostluğunun möhkəmliyi tarixən sübut olunub" - deyə TADF prezidenti Dundar cümə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Trend -un arayışı: Ermənilər hər il aprelin 24-də qondarma "erməni soyqırımı" adlı hadisəni qeyd edir, tarixi saxtalaşdıraraq Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2006-cı ildə Ermənistan Prezidentinə "erməni soyqırımı"nın öyrənilməsi məqsədilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə müraciət etsə də, erməni tərəfi bu təklifdən imtina etmiş və bildirmişdi ki, "soyqırım" məsələsinə şübhə ilə yanaşmırlar.

Dundar onu da qeyd edib ki, son zamanlar Türkiyə-Ermənistan əlaqələrinin inkişaf etdirilməsi Türkiyə və Azərbaycanda narahatlıqla qarşılanıb.

"Türkiyədə keçirilən rəy sorğusu onu göstərib ki, əhalinin 96 faizi sərhədlərin açılmasının əleyhinədir" - o bildirib.

Dundar onu da qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinə xələl yetirmək istəyən qüvvələr mövcuddur və sərhədlər yalnız Qarabağ probleminin həllindən sonra açıla bilər.

"Əgər dövlət rəsmiləri sərhədlərin açılmayacağını bəyan edirlərsə, deməli sərhədlərin açılmasından söhbət gedə bilməz", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti