Azərbaycan, Bakı, 06 may / Trend , müxbir Ü.Sadıxova /
Cənubi Qafqaz regionunda səfərdə olan AŞ PA-nın miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə məruzəçisi Con Qrinvey Bakıya gəlib. Qrinvey mayın 8-dək Bakıda olacaq və sonra Tbilisiyə yola düşəcək.
Qrinvey səfərinin səbəbləri barədə açıqlama verməkdən imtina edib.
Səfər çərçivəsində məruzəçi siyasi hakimiyyət, qaçqın və məcburi köçkünlərə cavabdeh olan dövlət orqanları, eləcə də QHT nümayəndələri və qaçqınlarla görüşlər keçirəcək.
Səfərin nəticələri mayın 27-də AŞ PA-nın miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə Komissiyasının iclasında müzakirə ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]