Gürcüstan, Tbilisi, 14 may / Trend , müxbir N.Kirtsxaliya /
Radikal müxalifət söz verməsinə baxmayaraq Gürcüstan İctimai Televiziyasının yerləşdiyi Kostava küçəsini açmaqdan imtina edib. Bu qərar sabiq müdafiə naziri Qiya Karkaraşvilinin ofisində, müxalifət liderləri ilə aksiya iştirakçılarının görüşü zamanı qəbul edilib.
"İctimaiyyət yolun açılmasına qarşıdır və bunu geriyə doğru addım hesab edir", - görüşdə iştirak etmiş müxalifət liderlərindən biri İrakli Alasaniya deyib.
"Bu məsələ üzrə məsləhətləşmələri davam etdiririk və hər şeyin yaxşı bitəcəyinə ümid edirik", - o bildirib.
Müxalifətin digər lideri Levan Qaçeçiladze məlumat verib ki, yol aksiya iştirakçılarının mövqeyi səbəbindən cümə axşamı açılmayacaq.
"Sonra nə olacağını görərik", - o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]