...

Azərbaycan Prezidenti Pakistanın müdafiə sənayesi nazirini qəbul edib

Siyasət Materials 19 May 2009 17:25 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Catoy qeyd edib ki, Azərbaycana bu səfəri rəhbərlik etdiyi nazirliklə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında gələcək əməkdaşlıqla bağlı müzakirələr aparmaq üçün yaxşı imkan yaradır.

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Pakistanın müdafiə sənayesi federal nazirinin ölkəmizə bu səfərinin müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti