...

Piter Semnebi yenidən Tbilisiyə işçi səfərə gələcək

Siyasət Materials 21 May 2009 14:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 may / Trend , müx. N.Kirsxalia /

Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi bu gün Tbilisiyə qayıdacaq. Avropa İttifaqının Tbilisidəki nümayəndəliyindən verilən məlumata görə, Semnebinin səfəri iki gün davam edəcək və xüsusi nümayəndə müxalifət, hakimiyyət və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.

Görüşlərdə Gürcüstandakı vəziyyət və siyasi böhrandan çıxış yolları müzkirə ediləcək.

Gürcüstanın 14 müxalifət partiyası və hərəkatı 9 apreldən etibarən gecə-gündüz Tbilisidə prezidentin istefasını tələb edən kütləvi aksiyalar keçirir.

Semnebi müxalifətin aksiyalarının başlanmasından sonra artıq dördüncü dəfədir ki, Gürcüstana gəlir. Əvvəlki səfərlərinin gedişində o müxalifət nümayəndələri və ölkə rəhbərliyi ilə danışıqlarda tərəfləri dialoqa çağırıb.

İki gün əvvəl o, Bakıya gəlib və bu gün Gürcüstanın paytaxtına qayıdır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti