...

ABŞ Futbol Federasiyası İran millisi ilə yoldaşlıq oyununun keçirilməsini istəyir

Siyasət Materials 25 May 2009 13:57 (UTC +04:00)
ABŞ Futbol Federasiyası İran millisi ilə yoldaşlıq oyununun keçirilməsini istəyir

Azərbaycan, Bakı, 25 may / Trend /ABŞ Futbol Federasiyası İran Futbol Federasiyasına dəvət göndərərək iki ölkənin milli komandalarının dostluq görüşünün Tehranda keçirilməsini istəyib. Bu barədə İranın Cahan News xəbər agentliyi məlumat yayıb.

ABŞ Futbol Federasiyası dəvəti ötən həftə İran Futbol Federasiyasına göndərib, lakin İran tərəfi hələlik ona cavab verməyib. ABŞ görüşün Tehranın "Azadi" futbol stadionunda keçirilməsini təklif edib.

"Biz ABŞ Futbol Federasiyasından təklif almışıq, hazırda təklifi araşdırırıq, yaxın günlərdə nəticəni açıqlaacağıq",-deyə İran Futbol Federasiyasının sədri Əli Kəffaşiyan bazaar ertəsi bildirib.  İSNA xəbər agentliyinin məlumat verib.

Mayın əvvəllərində Amerika Futbol Federasiyası İran Milli Futbol Yığmasını ABŞ-a dəvət etmişdi.

ABŞ-İran komandası arasında 1998-ci ildə Dünya Çempionatı çərçivəsində görüş keçirilib.

ABŞ və İran arasında diplomatik münasibətlər 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumdan sonra pozulub. Hadisədən sonra səfirliyin 52 əməkdaşı 444 gün girovda saxlanılıb.

Buna cavab olaraq ABŞ Prezidenti Cimmi Karter ölkənin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə ilə bağlı fövqəladə vəziyyət elan edən 12170 nömrəli fərmana qol çəkib.

Birləşmiş Ştatların yeni Obama administrasiyası Tehranla danışıqların mümkünlüyü barədə açıqlama verib.

Xəbər lenti

Xəbər lenti