...

Bir millət, iki dövlət məfhumu səhv qəbul edilə bilməz - Azərbaycanın Türkiyədəki səfiri

Siyasət Materials 28 May 2009 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend /

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Azərbaycanın Respublika Günü ilə bağlı keçirilən tədbirdə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinə toxunaraq bir millət, iki dövlət məfhumunun səhv qəbul edilə bilməzliyini qeyd edib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

Azərbaycanın Respublika Günü münasibətilə keçirilən tədbirdə Türkiyənin Dövlət naziri Cəmil Çiçək, xarici işlər naziri Əhməd Davudoğlu və başqa rəsmilər də iştirak edib.

Tədbirdə iştirak edən Dövlət naziri Çiçək Türkiyənin Azərbaycanın sevincini öz sevinci, kədərini də öz kədəri kimi qəbul etdiyini bildirib.

28 May Azərbaycanda Respublika Günü kimi qeyd olunur. Bu il Azərbaycanda respublika qurulmasınn 91-ci ili qeyd olunur.

Xəbər lenti

Xəbər lenti