...

Cənubi Osetiyadakı qondarma parlament seçkiləri heç bir beynəlxalq normaya uyğun deyil – Gürcüstan Parlamentinin spikeri

Siyasət Materials 1 İyun 2009 18:06 (UTC +04:00)
Cənubi Osetiyadakı qondarma parlament seçkiləri heç bir beynəlxalq normaya uyğun deyil – Gürcüstan Parlamentinin spikeri

Gürcüstan, Тbilisi, 01 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Tsxinvalinin oyuncaq rejiminin keçirdiyi qondarma parlament seçkilərinin legitim sayılması Gürcüstanın qanunverici orqanının rəhbəri David Bakradze üçün mümkünsüz görünür. Onun bu gün büronun iclasında bildirdiyinə görə, bu "qondarma seçkilər heç bir beynəlxalq normaya uyğun gəlmir".

"Etnik təmizləmə aparılan ərazidə keçirilən seçkiləri ədalətli saymaq olmaz", - o qeyd edib.

Bununla yanaşı, Bakradze bu seçkilərdə beynəlxalq müşahidəçilərin də iştirakına toxunub. "Ola bilər ki, orada özəl müşahidəçilər olub. Amma onların orada hansı səbəbdən olması da sual doğurur", - parlamentin spikeri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti