...

İlham Əliyev və Serj Sarkisyan Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ problemini müzakirə edəcəklər – Kreml

Siyasət Materials 2 İyun 2009 19:24 (UTC +04:00)
İlham Əliyev və Serj Sarkisyan Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ problemini müzakirə edəcəklər – Kreml

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan beynəlxalq iqtisadi forumda Sankt-Peterburq görüşündə Dağlıq Qarabağdakı vəziyyətin nizama salınması məsələlərini müzakirə edəcəklər. Bu barədə RF Prezidentinin mətbuat katibi Natalya Timakova bildirib, RİA Novosti xəbər verir.

"Bu, Prezident Dmitri Medvedyevin Moskva bəyannaməsini imzaladığı zaman başlayan prosesin davamıdır. Azərbaycan və Ermənistan liderlərinin Sankt-Peterburqa forumda iştirak etmək üçün səfərləri vacib andır, belə ki, bu bir daha görüşməyə və hazırkı vəziyyəti müzakirə etməyə şərait yaradır", - deyə Timakova jurnalistlərə bildirib.

Dağlıq Qarabağ probleminin nizamlanması mövzusu sonuncu dəfə ən yüksək səviyyədə bu ilin aprel ayında Azərbaycan və Ermənistan prezidentlərinin Moskvaya səfəri və Rusiya Prezidenti Dmitri Medvedyev ilə görüşü çərçivəsində müzakirə edilmişdi. 

"Burada dialoqun davam etdirilməsi faktı çox vacibdir. Hər iki tərəf dialoqa hazır olduğunu nümayiş etdirir və Rusiyanın bu məsələdə vasitəçiliyini qəbul edir", - mətbuat katibi əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti