...

Dövlət vəzifəsində qalmaq müddəti ilə bağlı məhdudiyyətin götürülməsi Azərbaycan cəmiyyətinin tələbidir – şöbə rəhbəri

Siyasət Materials 4 İyun 2009 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müx. C.Babayeva /

Dövlət vəzifəsində qalmaq müddəti ilə bağlı məhdudiyyətin götürülməsi cəmiyyətin tələbidir, cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi şöbə rəhbəri Əli Həsənov jurnalistlərə bildirib.

Azərbaycan parlamenti bu yaxınlarda ombudsman vəzifəsində qalma müddəti ilə bağlı məhdudiyyəti götürüb. Ölkənin qanunvericilik orqanı həmçinin bir vətəndaşın iki dəfədən artıq Baş prokuror seçilməsi məsələsini nəzərdən keçirir.

"2003-cü ilin əvvəlindən Azərbaycanda stabillik müşahidə olunur. Ölkədə vəziyyət stabilləşdikdən sonra biz müxtəlif sferalarda islahatlar keçirməyə başladıq. Əgər bir vətəndaş 10 il ərzində müəyyən bir fəaliyyəti həyata keçirə bilirsə, nə üçün onu məhdudlaşdırmalıyıq. Əgər alternativ olarsa, bu məsələyə baxmaq zəruridir", - Həsənov deyib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti