...

Azərbaycan Prezidenti xalq şairi Vaqif Səmədoğlunu 70 illik yubileyi münasibətilə təbrik edib

Siyasət Materials 4 İyun 2009 20:34 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu 70 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət Başçısı təbrik məktubunda xalq şairini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.

Təbrik məktubunda Vaqif Səmədoğlunun yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirəcəyinə və xalqımızın milli mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığını əsirgəməyəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti