...

Tbilisidə Gürcüstan və Aİ arasında əməkdaşlıq məsələsi üzrə formal danışıqların ikinci mərhələsi keçirilir

Siyasət Materials 9 İyun 2009 12:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 iyun / Trend , müxbir N.Kirtsxaliya /

İyunun 8-9-da Aİ-nın "Mobillik üzrə əməkdaşlıq" təşəbbüsü çərşçivəsində Gürcüstan və Aİ arasında əməkdaşlıq məsələsi üzrə formal danışıqların ikinci mərhələsi keçirilir

Baş nazir müavininin aparatından bildirildiyi kimi, Aİ-nın sözügedən təşəbbüsü leqal miqrasiyanın tərəfdaş ölkələri ilə (onlar arasında əmək miqrasiyası da mövcuddur) birlikdə yardımı və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni nəzərdə tutur.

Görüş çərçivəsində tərəflər "Mobillik üzrə əməkdaşlıq" birgə bəyannamə layihəsini və təşəbbüş çərçivəsində təklif olunan Aİ-yə üzv dövlətlərin iştirak edəcəyi layihələri nəzərdən keçirir.

Gürcüstan tərəfindən layihəyə Avropa inteqrasiyası məsələləri üzrə dövlət nazirinin müavini Tamar Buruçaşvili rəhbərlik edir.

Görüşdə Gürcüstanın müvafiq dövlət idarələrinin nümayəndələri iştirak edirlər.

Avropa tərəfindən Aİ-yə üzv dövlətlərin nümayəndələri, həmçinin Avropa komissiyasının beynəlxalq işlər üzrə baş direktoratlığının və hüquq, azadlıq və təhlükəsizlik direktoratlığının nümayəndələri iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti