...

İran MSK prezident seçkilərinin müddətini iki saat uzadıb

Siyasət Materials 12 İyun 2009 15:34 (UTC +04:00)
İran MSK prezident seçkilərinin müddətini iki saat uzadıb

İranın Mərkəzi Seçki Komissiyası bildirib ki, əhalinin yeddi seçki məntəqəsindəki fəallığını nəzərə alaraq, prezident seçkilərinin müddətinin iki saat uzadılması haqqında qərar qəbul edilib. Bu barədə IRINN kanalı canlı yayımda məlumat verib.

Əvvəllcə məlumat verilmişdi ki, Tehran vaxtı ilə 08:00-da başlayan seçkilər 18:00-da başa çatacaq. İran Nəzarət Şurasının seçkilərə nəzarət təşkilatının məlumatına görə, seçkilərin gecə yarısına qədər uzadılması mümkündür.

Xəbər lenti

Xəbər lenti