...

İranda seçki hüququna malik əhalinin 70 faizi prezident seçkilərində iştirak edib

Siyasət Materials 12 İyun 2009 20:12 (UTC +04:00)

İranda seçki hüququna malik olan əhalinin 70 faizi prezident seçkilərində iştirak edib. Bu barədə Nəzarət Şurasının mətbuat katibi Abbasəli Kədxudayi bildirib.

İRNA agentliyinin məlumatına əsasən, Kədxudayi 2000-ci ildə keçrilən prezident seçkiləri ilə müqayisədə bu dəfəki seçkilərdə Tehranda iştirak edənlərin sayının 50 faiz, digər şəhərlərdə iştirak edənlərin sayının isə 20 faiz artdığını bildirib.

Kədxudayi hələlik səslərin sayılmadığını və seçki nəticələri ilə bağlı verilən hər hansı bir məlumatın doğru olmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti