...

Polşa Prezidentinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 16 İyun 2009 15:10 (UTC +04:00)
Polşa Prezidentinin Azərbaycana səfəri gözlənilir

Azərbaycan, Bakı, 16  iyun  / Trend , müxbir C.Babayeva /

Polşa Prezidenti Lex Kaçinskinin tezliklə Azərbaycana səfəri gözlənilir, çərşənbə axşamı Polşa Seyminin Bakıda olan nümayəndə heyətinin rəhbəri Vieslav Voda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovla görüşdə bildirib.

Bu gün Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Vodanın başçılığı ilə Polşa Seyminin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Göruşdə iki ölkə parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri barədə fakir mübadiləsi aparılıb.

Əhmədov Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə polşalı qonaqlara geniş məlumat verib. Əhmədov konfliktin dinc yolla nizama salınması üçün rəsmi Bakının daim konsruktiv mövqe tutduğunu onların nəzərinə çatdırıb.  

Voda Polşanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində birmənalı olaraq Azərbaycanın yanında olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti