...

Gürcüstan polisi ABŞ-dan 20 milyon dollar məbləğində yardım alacaq

Siyasət Materials 20 İyun 2009 11:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 iyun / Trend New, müxbir N.Kirsxalia /

ABŞ hökuməti Gürcüstan polisinə yardım məqsədi ilə 20 milyon dollar vəsait ayırıb. ABŞ-ın Gürcüstandakı səfiri və Gürcüstan daxili işlər nazirinin müavini Yekatirina Zquladze Gürcüstan və ABŞ hökumətləri arasında "Qanunun gücləndirilməsi haqqında" müqaviləyə düzəlişləri imzalayıblar, ABŞ-ın Gürcüstandakı səfirliyindən bildiriblər.

Proqram həmçinin kommunikasiya və informasiya texnologiyalarının təkmilləşdirilməsi, peşəkar biliklərin inkişaf etdirilməsi üçün təhsil proqramları, münaqişə zonalarında təhlükəsizliyin təmin edilməsi üçün yeni avadanlıq və maşınların gətirilməsini nəzərdə tutur.

"Proqramın məqsədi qaçqınların təhlükəsiz şəraitdə doğma yerlərinə qayıtması, kənd təsərrüfatı fəaliyyətinin və ticarətin bərpası, hümanitar yardımın təmin edilməsidir", - ABŞ səfirliyi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti