...

Türkdilli Dövlətlərin Parlament Assambleyasının Daimi Katibliyi Bakıda yerləşəcək

Siyasət Materials 7 İyul 2009 13:04 (UTC +04:00)
Səfa Mirzəyev
Türkdilli Dövlətlərin Parlament Assambleyasının Daimi Katibliyi Bakıda yerləşəcək

Azərbaycan, Bakı, 07 iyul / Trend , muxbir A.Hüseynbala /

Türkdilli Dövlətlərin Parlament Assambleyasının Daimi Katibliyi Bakıda yerləşəcək.

"Azərbaycan Prezidenti İlham Əliyev artıq bununla bağlı razılığını verib", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend -un arayışı: Ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçıları konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunub. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina edib.

Bu ilin sentyabrında Türkdilli Dövlətlərin Parlament Assambleyasının sammitinin Bakıda keçirilməsi nəzərdə tutulur. Ötən ay Bakıda türkdilli dövlətlərin ekspertləri səviyyəsində keçirilən görüşdə Daimi Katibliyin Azərbaycanda yerləşdirilməsi təklif edilmişdi.

Mirzəyevin sözlərinə görə, Assambleyanın yaradılması prosesində iştirak edən dörd dövlətin parlamentlərinin aparat rəhbərlərinin Azərbaycan paytaxtında keçirilən toplantısında Daimi Katibliyin Bakıda yerləşməsi təklifi irəli sürülüb.

"Prezident İlham Əliyev isə artıq təklifə müsbət reaksiya verib", - aparat rəhbəri əlavə edib.

Mirzəyev deyib ki, Assambleyanın sentyabrda Azərbaycan paytaxtında keçiriləcək sammitində bir neçə mühüm məsələ müzakirə olunacaq.

"İndi Assambleyanın Nizamnaməsi hazırlanır və həmin sənədin sammitdə qəbul olunması istisna olunmur", - aparat rəhbəri vurğulayıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti