...

BMT-nin İraqda yeni nümayəndəsi təyin olunub

Siyasət Materials 8 İyul 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Y.Ostapenko /

BMT-nin Baş katibi Pan Gi Mun çərşənbə axşamı hollandiyalı Ada Melkerti özünün İraqdakı yeni nümayəndəsi təyin edib. Bu barədə BMT-nin rəsmi məlumatında deyilir.

Melkert bu vəzifədə Ümumdünya ərzaq proqramında fəaliyyətə başlayacaq isveçli Staffan de Misturu əvəz edəcək.

Baş katibin İraq üzrə yeni xüsusi nümayəndəsi, BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyasının başçısı Melkert 1956-cı ildə anadan olub. Gənc vaxtlarında o, Avropa gənclər hərəkatı və qeyri-hökumət təşkilatları çərçivəsində beynəlxalq problemlərin həlli və əməkdaşlığın inkişafında iştirak edib.

Melkert həmçinin sosial  və məşğulluq məsələləri naziri kimi fəaliyyət göstərib, həmçinin Niderland Parlamentinin üzvü olub. Melkert Niderlandın leyborist partiyasında görkəmli siyasi xadim olub. 2001-ci ildə o zaman Baş nazir olan Vim Kokanı əvəz edərək partiyanın lideri seçilib.

2002-ci ildən etibarən, donor fəaliyyətinin harmonizasiyası və koordinasiyalaşdırılması üzrə böyük səylərinə görə Dünya Bankının İcraçı Direktorları Şurasında Niderlandı təmsil edib. 

2006-cı ildən Melkert BMT-nin İnkişaf proqramının administratorunun müavini vəzifəsində çalışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti