...

ATƏT Türkmənistanı qanunun aliliyi və insan hüquqlarına hörmət prinsipləri ilə tanış edəcək

Siyasət Materials 17 İyul 2009 17:01 (UTC +04:00)
ATƏT-in Aşqabaddakı mərkəzi seminar təşkil edib. Seminarın gedişində iştirakçılar insan hüquqları üzrə milli institutların insan hüquqlarına dair şikayətlərlə işləməklə bağlı fəaliyyətinin fəallaşdırılması yollarını müzakirə ediblər.
ATƏT Türkmənistanı qanunun aliliyi və insan hüquqlarına hörmət prinsipləri ilə tanış edəcək

Türkmənistan, Aşqabad, 17 iyul / Trend News, müxbir H.Həsənov /

ATƏT-in Aşqabaddakı mərkəzi seminar təşkil edib. Seminarın gedişində iştirakçılar insan hüquqları üzrə milli institutların insan hüquqlarına dair şikayətlərlə işləməklə bağlı fəaliyyətinin fəallaşdırılması yollarını müzakirə ediblər. Bu barədə təşkilatın press-relizində deyilir.

Xarici İşlər Nazirliyi və Türkmənistan Prezidenti yanında Demokratiya və insan hüquqları üzrə milli institutla əməkdaşlığı əsasında təşkil edilmiş seminarda hökumət orqanlarını və digər müəssisələri təmsil edən 30-dan çox iştirakçı yer alıb. Onların vəzifəsi insan hüquqlarına dair şikayətlərə baxmaqdır.  

"Mərkəz, hökumətin qanunun aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında hərtərəfli islahatların keçirilməsi istiqamətindəki səylərini dəstəkləyir. Bu seminar insan hüquqlarına dair şikayətlərin baxılmasında milli mexanizmlərin oynaya biləcəyi vacib rolun başa düşülməsinə imkan yaradır", - bu barədə ATƏT-in Aşqabaddakı mərkəzinin başçısı, səfir Arsim Zekoli bildirib.

Azərbaycan, Estoniya, İrlandiya, Niderland, İsveç və Türkmənistandan olan məruzəçilər milli institutlar tərəfindən insan hüquqlarına dair şikayətlərin baxılması üzrə qabaqcıl təcrübə mübadiləsi həyata keçiriblər. Seminarda həmçinin insan hüquqlarının müdafiəsi və həvəsləndirilməsi üzrə milli institutların statusu və funksiyalaşdırılmasına dair beynəlxalq hüquq bazası müzakirə edilib.

Seminarda Türkmənistanın Demokratiya və insan hüquqları instututunun fərdi şikayətlərlə işi üzrə məsul əməkdaşları ilə texniki görüş keçiriləcək. Görüş fərdi şikayətlərlə işdə institutun potensialını bundan sonra da gücləndirmək məqsədi ilə təşkil edilə biləcək əlavə tədbirlərin müzakirəsi üçün keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti