...

Azərbaycanın İsveçrədəki səfiri "Mountreux" caz pianoçuları festivalının qalibini təbrik edib

Siyasət Materials 20 İyul 2009 16:29 (UTC +04:00)
Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov İsveçrənin Montre şəhərində keçirilən və iyulun 18-də başa çatan "Mountreux" caz pianoçuları festivalının qalibi - gənc azərbaycanlı pianoçu İsfar Sarabskini qələbə münasibətilə təbrik edib.
Azərbaycanın İsveçrədəki səfiri "Mountreux" caz pianoçuları festivalının qalibini təbrik edib

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir E.Hüseynzadə /

Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov İsveçrənin Montre şəhərində keçirilən və iyulun 18-də başa çatan "Mountreux" caz pianoçuları festivalının qalibini - gənc azərbaycanlı pianoçu İsfar Sarabskini qələbə münasibətilə təbrik edib.

"Musiqiçinin özü, onun rəhbər və müəllimi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylini qələbə münasibətilə təbrik etmək istərdim", - Trend -a Cenevrədən telefonla Əmirbəyov bildirib.

Gənc azərbaycanlı pianoçu Sarabski finalda nəinki qalib olub, həm də tamaşaçı rəğbətini də qazanıb.

Əmirbəyovun sözlərinə görə, bu il, Cenevrədə artıq 43-cü dəfə keçirilən "Mountreux" caz festivalında Azərbaycan Emil İbrahim, Salman Qəmbərovun rəhbərliyi altında olan qruplar, caz kollektivləri və başqa çazçıların daxil olduğu "Şərq inciləri" layihəsi ilə təmsil olunmuşdu.

Festivalın son günündə Əzizə Mustafazadə öz triosu ilə birlikdə ayrıca solo-konsert verib. Səfirin sözlərin görə, bütün tədbirlər böyük uğurla keçib. Orada həm festivalın qonaqları, həm də xüsusi qaydada dəvət olunmuş İsveçrə Parlamentinin üzvləri, Bern və Cenevrədə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.

Festivalda həmçinin Azərbaycandan mədəniyyət naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti