...

Gürcüstanın birinci xanımı Gürcüstanda həlak olan holland jurnalistin adına mükafat təsis edir

Siyasət Materials 22 İyul 2009 13:52 (UTC +04:00)
Gürcüstanda həlak olan holland jurnalist Stass Storimans adına mükafat Gürcüstan Prezidenti Fondundan maliyyələşdiriləcək. Bu mükafat Gürcüstan jurnalistlərinin Hollandiyada ixtisas artırmalarına imkan verəcək.
Gürcüstanın birinci xanımı Gürcüstanda həlak olan holland jurnalistin adına mükafat təsis edir

Gürcüstan, Tbilisi, 22 iyul / Trend , müxbir N. Kirsxaliya /

Gürcüstanda həlak olan holland jurnalist Stass Storimans adına mükafat Gürcüstan Prezidenti Fondundan maliyyələşdiriləcək. Bu mükafat Gürcüstan jurnalistlərinin Hollandiyada ixtisas artırmalarına imkan verəcək.

Belə mükafatın təsis edilməsi təşəbbüsü Gürcüstanmın birinci xanımı Sandra Elizabet Rulovsa məxsusdur.

Birinci xanımın sözlərinə görə, mükafatı ingilis dilini yaxşı bilən, müəyyən iş təcrübəsinə və motivasiyaya malik jurnalistlər ala bilərlər.

İndiyədək artıq 30 ərizə daxil olıub. İddiaçıların yeddisilə sabah müsahibə keçiriləcək.

Rulovsun sözlərinə görə, proqram daimidir və hər il bir neçə mükafat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti