Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 28-də Aşqabad şəhərində imzalanmış "Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu - bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Nazirlər Kabinetinə bu sazişin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkmənistan tərəfini xəbərdar etməsi tapşırılıb.