...

İranda A/H1N1 virusuna yoluxanların sayı 42 nəfərə çatıb

Siyasət Materials 28 İyul 2009 15:17 (UTC +04:00)
İranın Səhiyyə Nazirliyi yanında İfeksion Xəstəliklər Mərkəzinin direktoru Muhəmməd Mehdi Quya deyib ki, ölkədə A/H1N1 virusu ilə xəstələnənlərin sayı 42 nəfərə çatıb.
İranda A/H1N1 virusuna yoluxanların sayı 42 nəfərə çatıb

İranın Səhiyyə Nazirliyi yanında İfeksion Xəstəliklər Mərkəzinin direktoru Muhəmməd Mehdi Quya deyib ki, ölkədə A/H1N1 virusu ilə xəstələnənlərin sayı 42 nəfərə çatıb. Bu barədə İRNA dövlət agentliyi məlumat verib.

İRNA agentliyinin məlumatına görə, hələ dünən bu rəqəm 32 idi.

Quya məlumat verib ki, xəstələnənlər arasında Səudiyyə Ərəbistanında həcc ziyartətindən qayıdan zəvvarlardan savayı, Sinqapur, ABŞ, Malayziya və Tailanddan qayıdan İran vətəndaşları da var.  

O, İran əhalisini xüsusi ethiyac olmadıqda ölkədən kənara çıxmamağa çağırıb.

İranın İRNA informasiya agentliyinin məlumatına görə, iyulun 14-də İranda A/H1N1 qripinə bir yoluxma halı təsdiqlənib, 200 nəfər isə virusa yoluxmaqda şübhəli bilinib.  

Hazırda A/H1N1 virusu dünyanın 165 ölkəsində yayılıb və 800 nəfərin ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, bu virusun sürətlə yayılmasına görə bütün dünyada iki milyard adamın virusa yoluxma təhlükəsi var.  

A virusunun əsas simptomları bunlardır: yüksək temperatur, davamlı öskürək, boğaz ağrısı, ürəkbulanma və diareya.

Xəbər lenti

Xəbər lenti