...

Azərbaycanda nəqliyyat qəzalarında ölənlərin sayı azalıb

Siyasət Materials 31 İyul 2009 16:20 (UTC +04:00)
"İlin 6 ayında respublikada təxminən 40 min avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 4,2, qəzalarda ölənlərin sayı 1,3, yaralananların sayı 5,5 faiz azalıb", - Trend News-un məlumatına görə, cümə günü 6 ayın yekunlarına dair keçirilən kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.
Azərbaycanda nəqliyyat qəzalarında ölənlərin sayı azalıb

Azərbaycan, Bakı, 31 iyul, / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda bu ilin 6 ayında nəqliyyat hadisələrinin, qəzalarda ölən və yaralananların sayı azalıb.

"İlin 6 ayında respublikada təxminən 40 min avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 4,2, qəzalarda ölənlərin sayı 1,3, yaralananların sayı 5,5 faiz azalıb", - Trend -un məlumatına görə, cümə günü 6 ayın yekunlarına dair keçirilən kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.

Eyvazovun sözlərinə görə, sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş vermiş hadisələr 3,5, piyadaların vurulması ilə nəticələnən qəzaların sayı 10,8 faiz az olub. "Yol hərəkətinə nəzarət prosesində 377 389 qayda pozuntusu aşkarlanıb ki, bu da 2008-ci illə müqayisədə 3,9 faiz çoxdur. Belə inzibati xətalara görə 375 909 sürücü cərimələnib, 1480 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 1303 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb", - nazir müavini əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti