Gürcüstan, Tbilisi, 06 avqust / Trend , müxbir N.Kirsxaliya/
Bir gün əvvəl ABŞ-ın xüsusi nümayəndəsi kimi Tbilisiyə gələn ABŞ Dövlət katibinin keçmiş müavini Deniel Frid cümə axşamı Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze ilə görüşəcək. ABŞ-ın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, görüş saat 11-də başlayacaq və mətbuat üçün bağlı olacaq.
Fridin Tbilisidə bir neçə görüşü nəzərdə tutulub, lakin onların hamısı mətbuat üçün bağlı olacaq.
Qeyri-rəsmi məlumatlara görə, Tbilisidə səfər zamanı Frid Gürcüstan tərəfi ilə bu ölkənin münaqişə zonasında Amerika müşahidəçilərinin hesabına Aİ missiyasının genişləndirilməsi imkanlarını müzakirə edəcək. Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlıq Xartiyasının imzalanması çərçivəsində konkret məsələlər də nəzərdən keçiriləcək.
Frid vətənə bu gün, günün ikinci yarısı qayıdacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]