Gürcüstan, Tbilisi, 13 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan Leyborist Partiyasının məlumatına görə, yaxın müddətdə Latın Amerikasının bir neçə ölkəsi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq. "Mixail Saakaşvili öz kürsüsünü qorumaqla ilə məşğul olduğu müddətdə Gürcüstanın bölünməsi getdikcə daha çox dərinləşir", - bugünkü mətbuat konfransında partiyanın lideri Şalva Natelaşvili deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Boliviya, Venesuela, Kuba, Honduras, Dominikan Respublikası, Ekvador və digər ölkələr Abxaziya və Cənubi Osetiyanın dövlət müstəqilliyini tanımaq niyyətindədirlər.
Bundan çıxış edərək Leyborist Partiyası bu gün bu ölkələrin başçılarına müraciət edərək separat regionların tanınmasına yol verməmək və "bizim kimi onların da sevmədikləri Saakaşvilini Gürcüstan və gürcü xalqı ilə eyniləşdirməməyə" çağırıb.
"Biz bu dövlətlərin diplomatik və siyasi daiərələri ilə istənilən vaxt görüşməyə və onları təfərrüatlı informasiya ilə tanış etməyə hazır olduğumuzu bildiririk. Bununla yanaşı biz, Aİ rəhbərliyini təşkilatın öz böyük nüfuzundan yararlanaraq, bu ölkələrin növbəti fəlakətli qərarının qəbulunun qarşısını almağa cəhd göstərməyini xahiş edirik", - Natelaşvili bildirib.
Onun sözlərinə görə, belə məlumatın yayılmasına əsas, Karakasda keçirilən Latın Amerikası ölkələrinin konfransıdır. Onun gedişində kəskin antigürcü bəyanatları səsləndirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]