...

Qazaxıstanın Rusiyada yeni səfiri təyin olunub

Siyasət Materials 14 Avqust 2009 19:03 (UTC +04:00)

Qazaxıstan, Astana, 14 avqust / Trend , müxbir K.Konırova /

Dövlət başçısının sərəncamı ilə Turisbekov Zautbek Kausbekoviç Qazaxıstan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib. Bu barədə "Ak Orda"-nın mətbuat xidməti xəbər verir.

Buna qədər 57 yaşlı Zautbek Turisbekov Qazaxıstan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb. Dövlət başçısının sərəncamı ilə o, 2007-ci ilin payızından tutduğu vəzifədən azad edilib.

Müxtəlif illərdə Turisbekov Prezident Administrasiyasında çalışıb, dövlət xidməti, daxili işlər üzrə dövlət agentliyinə başçılıq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti